featured-image-35158

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi klubun azarkeşləri ilə vidalaşıb.

Msport.az xəbər verir ki, 36 yaşlı oyunçu sosial şəbəkə hesabında “Burada çox şey öyrəndim, mübarizə apardım və xəyal qurdum. Mümkün olduğunu düşündüyümdən daha çoxuna nail oldum. Belə bir vəziyyət öz evim kimi qəbul edəcəyim və  daim sevəcəyim klubu tərk etməyimi şərtləndirir. İlk gündən bu günə kimi tanış olduğum bütün “Yuventus”lulara təşəkkür edirəm” deyə, paylaşım edib.

Bonuççi 2018-ci ildən “Yuventus”da oynayır. İtaliyalı futbolçu klubla 502 oyuna çıxıb, 37 qol vurub və 10 qolun ötürməsini verib.

Bənzər xəbərlər