featured-image-28793

Rusiyanın “Ufa” klubu borclardan qurtulmaq üçün avtobusunu satışa çıxarıb. Msport.az xəbər verir ki, internetdə klubun avtobusnunun 24,7 milyon rubla (515 min 637 manat) satılması barədə məlumat dərc olunub.

Başqırdıstan təmsilçisinin prezidenti Şamil Qazizov xəbəri təsdiq edib: “Mənim məqsədim klubun borcsuz qalmasını təmin etməkdir. İstəmirəm ki, hər hansı sanksiyalar, qadağalar tətbiq olunsun. Bunun üçün də çalışıram”.

Qeyd edək ki, “Ufa” Rusiya çempionatının I divizionunda 18 komanda arasında 16-cı yeri  tutur.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər