“Börnli” yenidən Premyer Liqaya qayıdır
“Börnli” klubu İngiltərə Premyer Liqasına qayıdıb. Msport.az xəbər verir ki, komanda buna Championship-in 40-cı turunda “Midlsbro” üzərində qələbədən (2:1) sonra nail olub.
Vensan Kompaninin rəhbərlik etdiyi klub xallarının sayını 87-yə çatdıraraq gələn mövsüm yüksək liqada oynamaq hüququ qazanıb.
“Börnli” 2-ci yeri tutan “Şefild Yunayted”i 11 xal qabaqlayır.
ANAR







