featured-image-26416

Borussiya Dortmund” Cud Bellinqemi buraxmaq istəmir.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubu futbolçunu ən azı bir mövsüm heyətində saxlamaq arzusundadır. Bunun üçün yarımmüdafiəçinin maaşını 2,5 dəfə artırmağa da razıdırlar – mövsümə 15 milyon avro.

Dortmund təmsilçisinin idman direktoru Sebastyan Kel Bellinqemə və onun atasına bununla bağlı təklif göndərəcək.

Amma 19 yaşlı oyunçunun yayda komandanı tərk etmək ehtimalı da güclüdür. Onu transfer etməkdə “Real” favorit sayılır. Futboıçunun Madridə getməsi daha çox Luka Modriç və Toni Kroosun gələcəyindən asılı olacaq. Əgər hər iki oyunçu ilə yeni müqavilə bağlansa, Bellinqemin “Borussiya”qa qalmaq şansı çoxalacaq.

“Real”dan başqa, “Liverpul” və “Mançester Siti” də İngiltərə yığmasının üzvünü transfer etmək istəyir.

ANAR

Bənzər xəbərlər