“Borussiya” Brandtın müqaviləsini yenilədi
“Borussiya Dortmund” futbolçusu Yulian Brandtla yeni müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, Brandt yeni sözləşməyə əsasən 2026-ci ilin yayınadək “arılar”ın futbolçusu olacaq. 26 yaşlı futbolçu 2019-cu ildən Dortmunduların şərəfini qoruyur.
Qeyd edək ki, Yulian cari mövsüm Bundesliqada keçirdiyi 25 oyunda, 8 qol vurub, 4 assist edib.
Royal Türksoy







