featured-image-24669

Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərənin “Çelsi” klubuna uduzaraq mübarizəni dayandıran Almaniyanın “Borussiya” (Dortmund) komandası heyətlə də bağlı ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, dortmundluların yarımmüdafiəçisi Yulian Brandt bu matçın əvvəlindəcə zədələnərək 5-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

26 yaşlı alman futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.

Brandt bu mövsüm “Borussiya”nın heyətində meydana çıxdığı 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Borussiya” “Çelsi”yə doğma meydanda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

Bənzər xəbərlər