featured-image-28747

“Borussiya Dortmund” Marko Roysla müavilənin müddətini uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2023-2024-cü illər mövsümünün sonuna kimi nəzərdə tutulub.

33 yaşlı futbolçu 2012-ci ildən “Borussiya”nın şərəfini qoruyur.

Roys bu mövsüm əsas hədəflərinin Almaniya çempionatını qazanmaq olduğunu deyib: “Mənim üçün hələ də ən yaxşı azarkeşlər önündə, ən gözəl stadionda qol vurmaqdan dəyərli heç nə ola bilməz. Həmişə demişəm ki, karyeram ərzində “Borussiya”dan başqa heç bir klubda oynamağa üstünlük verməmişəm”.

Qeyd edək ki, Roys “Borussiya”da iki dəfə Almaniya kubokunu, 3 dəfə isə superkuboku qazanıb.

ANAR 

Bənzər xəbərlər