featured-image-29274

“Borussiya Mönxenqladbax” futbolçusu Yulian Vayqlın müqavilə müddətini artırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 27 yaşlı yarımmüdafiəçiylə 2028-ci ilin yayınadək qüvvədə olan sözləşmə bağlayıb.

Vayql 2022-ci ildən “Borussiya”nın şərəfini qoruyur. O, daha əvvəl “1860 Münhen”, “Borussiya Dortmund” və “Benfika”da da forma geyinib.

Qeyd edək ki, Yulian cari mövsüm ərzində 21 matçda iştirak edib, 1 qol və eyni sayda assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər