“Borussiya” və “Atletiko” 1/4 finalda
UEFA Çempionlar Liqasında 1/8 finalın cavab matçları başa çatıb.
Msport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
1/4 finalın son iştirakçıları “Atletiko” və “Borussiya” D olub. Madrid klubu evdə “İnter”dən revanş alıb. 90 dəqiqə ərzində 2:1 hesabı qeydə alındığından əlavə vaxt təyin olunub. 30 dəqiqə qalibi müəyyənləşdirmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Bu zaman daha dəqiq olan “Atletiko” 1/4 finala yüksəlib.
Dortmundda “Borussiya” ilə PSV mübarizədən kənarlaşdırıb. Almanlar iki oyunun cəminə görə, 3:1 hesabı ilə qalib gəliblər.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart
“Atletiko” (İspaniya) – “İnter” (İtaliya) – 2:1 (Penaltilər – 3:2)
Qollar: Qrizman, 35, M.Depay, 86 – Dimarko, 33
İlk oyun – 0:1
“Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) – 2:0
Qollar: Sanço, 3, M.Roys, 90+5
İlk oyun – 1:1