featured-image-16023

Bosniya və Herseqovina Futbol İttifaqı noyabrın 19-da Rusiya ilə keçiriləcək yoldaşlıq oyununun ləğv edildiyini açıqlayıb.

Msport.az xəbər verir ki, matç Sankt-Peterburqda keçirilməli idi.

Hər iki ölkənin futbol federasiyaları razılığa gəlsə də, bosniyalı oyunçular matça çıxmayacaqlarını bildirirdilər. Bosniya və Herseqovina yığmasının liderləri və kapitanları Miralem Pyaniç və Edin Ceko Rusiyaya getmək istəmədiklərini bəyan etmişdilər.

Rusiya noyabrın 17-də Düşənbədə Tacikistan millisi ilə qarşılaşacaq.

Bənzər xəbərlər