featured-image-43389

Avropanın “böyük beşlik” ölkələrinin çempionatlarında ən çox oyun keçirən futbolçular açıqlanıb.

Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı araşdırma aparıb.

Son olaraq ispaniyalı Raul Qarsiya 600-cü matçına çıxmaqla 32 nəfərlik cədvələ düşüb.

Bu baxımdan rekordçu Peter Şiltondu. İngiltərəli qapıçının aktivində 848 görüş olub.

İlk “10-luq”:

1. Peter Şilton (İngiltərə) – 848 oyun

2, Con Hollins (İngiltərə) – 714

3. Rey Klemens (İngiltərə) – 710

4. Pat Yenninqs (Şimali İrlandiya) – 709

5. Martin Peters (İngiltərə) – 688

6. Canluici Buffon (İtaliya) – 675

7. Rayan Qiqqz (Uels) – 672

8. Xoakin (İspaniya) – 671

9. Mik Millz (İngiltərə) – 658

10. Qaret Berri (İngiltərə) – 653

Bənzər xəbərlər