featured-image-21421

Brahim Dias Mərakeş millisində çıxış edəcək. Msport.az xəbər verir ki, jurnalist Lino Bakko bu məlumatı yayıb.

Onun sözlərinə görə, “Milan”da icarədə olan “Real”ın futbolçusu Mərakeş yığmasının martın 20-dən 28-ə kimi keçiriləcək təlim-məşq toplanışına qatılacaq.

23 yaşlı hücumçu İspaniyanın Malaqa şəhərində anadan olsa da, onun valideyinləri Mərakeş əsillidir. Brahim İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında oynayıb. Bundan başqa, o, 2021-ci ildə Litva ilə yoldaşlıq oyununda forma geyinib. Hücumçu həmin matçda fərqlənsə də, sonradan yığmaya dəvət almayıb.

Dias bu mövsüm A seriyasında 17 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər