“Braqa” kubokda mübarizəni dayandırdı
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Kuboku ilə vidalaşıb.
Msport.az xəbər verir ki, komanda 1/8 finalda “Benfika”ya uduzub.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.