featured-image-43480
“Qarabağ” bizim hörmət etdiyimiz rəqibdir”.
Msport.az.az xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçii Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, rəqibi tanıdıqlarını söyləyib: “Ona görə də bilirik ki, çox bacarıqlı komandadırlar. Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq”.
Mütəxəssis bildirib ki, onları  rahat matç gözləmir: “Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var. Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm və yanaşma ciddi və qələbə axtarışında olacaq”.

Bənzər xəbərlər