“Braqa”nın kapitanı: “Mərhələni keçməyə layiq idik”
“Cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik”.
Msport.az xəbər verir ki, bunun “Braqa”nın kapitanı Abel Ruis Avropa Liqası pley-off mərhələsinin “Qarabağ”la cavab matçından sonra deyib.
O, çətin gecə yaşadıqlarını bildirib: “Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Birinci hissə bir az pis oldu. Amma fasilədən sonra iki qol vurduq, lakin mərhələni keçə bilmədik. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi o oyuna yönəltməliyik”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.







