featured-image-41906

“Bu turnirdə qalib olmaq istəyirik”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi Portuqaliyanın “Braqa” klubunun aparıcı futbolçusu Joao Moutinyo yerli mətbuata müsahibəsində Avropa Liqasındakı hədəfləri barədə danışarkən deyib.

37 yaşlı yarımmüdafiəçi hazırda yarışda güclü komandaların olduğunu söylyəib: “Biz bunu bilirik. Burada təkcə oynamaq istəmirik, həm də nəyə nail olacağımızı göstərmək niyyətindəyik. Futbolda gözlənilməz nəticələr də olur”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Bənzər xəbərlər