featured-image-43206

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliya “Braqa”sının futbolçusu Məhəmməd Əl-Musrati karyerasını Türkiyədə davam etdirəcək.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liviyalı yarımmüdafiəçi “Beşiktaş”la anlaşıb. İstanbul nəhəngi 27 yaşlı oyunçunu icarə əsasında heyətinə qatmağa hazırlaşır.

2020-ci ildən “Braqa”da çıxış edən Əl-Musrati bu mövsüm 20 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Bənzər xəbərlər