featured-image-24635

Braziliyanın “Flamenqo” klubu səhvən 340 min avronu başqa adamın hesabına köçürüb. Msport.az “Globo”ya istinadən xəbər verir ki, klub “Vulverhempton”da çıxış edən Joau Qomesə pul köçürməli imiş. Lakin onlar məbləği basketbolçu Joau Qomesin hesabına göndəriblər.

O, əvəllər “Flamenqo”nun basketbol klubunun formasını geyib, sonralar isə həvəskarlar liqasına yollanıb. Qomes hesbında 340 min avro pul olduğunu gördükdə xeyli qorxuya düşüb. Qomesə deyiblər ki, möhtəkirlər onun hesabından “çirkli” pulların yuyulması üçün istifadə edə bilərlər.

“Flamenqo” yalnız 4 gündən sonra səhvini anlayıb və hesabı dondurub.

Qeyd edək ki, futbolçu Joau Qomes “Vulverhempton”a bu il yanvarın sonunda keçib. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər