featured-image-50316

Braziliya millisi ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, “pentakampeonlar” aparıcı futbolçusu Vinisius Juniorun xidmətindən məhrum olub.

Hücumçu Amerika Kubokunun qrup mərhələsində Paraqvay (4:1) və Kolumbiya (1:1) ilə oyunlarda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən 23 yaşlı forvard 1/4 final mərhələsində Uruqvayla keçiriləcək qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, Uruqvay – Braziliya oyunu iyulun 7-də keçiriləcək.

Bənzər xəbərlər