featured-image-63643

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Msport.az “UOL Esporte”yə istinadən xəbər verir ki, bu vəzifə hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran Jorje Jezusa tapşırılacaq.

Portuqaliyalı mütəxəssis ciddi şəkildə nəzərdən keçirilən yeganə namizəddir. Lakin onun təyinatı dərhal olmayacaq. Jezuş mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacaq. Bundan əlavə, “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, onun səlahiyyət müddəti uzadıla bilər.

Jezuş ərəb klubunda illik 10 milyon avrodan yüksək maaş alır. O, Braziliya yığmasında isə daha az məvacibə çalışacaq.

Jorje Jezuşun artıq Braziliyada işləmək təcrübəsi var. O, “Flamenqo” ilə ölkə çempionu, Braziliya Superkubokunun, Libertadores və Sudamerikana Kubokunun qalibi olub.

Bənzər xəbərlər