Braziliya millisinin hücumçusu ölkəsində çıxış edə bilər
İngiltərənin “Arsenal” klubunda çıxış edən Braziliya millisinin futbolçusu Qabriel Jezus karyerasını ölkəsində davam etdirə bilər.
Msport.az xəbər verirk i, “Palmeyras” 27 yaşlı hücumçu ilə yaxından maraqlanır.
London təmsilçisinin forvardı 40 milyon avroya satmağa hazır olduğu bildirilib.
Qeyd edək ki, Jezus 2017-ci ildə “Palmeyras”dan “Mançester Siti”yə keçib. O, 2022-ci ildən “Arsenal”da oynayır və komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.