Braziliya millisinin üzvü iki oyunu buraxır
İspaniyanın “Real” klubunda çıxış edən Braziliya millisinin futbolçusu Eder Militao sıradan çıxıb.
Msport.ax xəbər verir ki, 26 yaşlı müdafiəçi Çili və Peru yığmalarına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələ matçlarında iştirak etməyəcək.
Oyunçu sol ayağından zədələnib.
Qeyd edək ki, Braziliya oktyabrın 11-də Çili, 5 gün sonra Peru ilə üz-üzə gələcək. Militao cari mövsmdə “Real”da 12 oyun keçirib və 1 qol vurub.