featured-image-31964

Braziliya millisi yoxlama oyununda gözlənilmədən Seneqal yığmasına uduzub. Msport.az xəbər verir ki, matç Lissabondakı “Joze Alvalade” stadionunda keçirilib.

Afrikalıların heyətində Sadio Mane dubl edib. Braziliya millisində isə Markinyos həm rəqib qapısına yol tapıb, həm də avtoqol müəllifi olub.

Qeyd edək ki, Braziliya seçməsində Vinisius Junior, Rişarlison, Eder Militao, Ederson kimi əsas heyət oyunçuları meydanda olub.

Yoxlama oyunu 

Braziliya – Seneqal 2:4

Qollar: L.Paketa, 11, Markinyos, 58 – H.Diallo, 22, Markinyos, 52-öz qapısına, S.Mane,55, 90+7.

 

Bənzər xəbərlər