Braziliya tarixində ilk dəfə qara formada
Braziliya millisi tarixində ilk dəfə olaraq qara formada oynayıb. Msport.az xəbər verir ki, cənubi amerikalılar Qvineya ilə yoxlama matçına (4:1) belə çıxıblar.
Braziliyalılar irqçiliklə mübarizəyə diqqəti cəlb etmək və “Real”ın heyətində La Liqada təhqir olunmuş Vinisius Juniora dəstək olmaq üçün qara forma geyiniblər
Qeyd edək ki, Qvineya ilə yoxlama görüşündə Joelinton, Rodriqo, Eder Militao və Vinisius Junior fərqləniblər.
ANAR







