featured-image-50282

ABŞ-da keçirilən Amerika Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub.

Msport.az xəbər verir ki, D qrupunda keçirilən qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəlib.

Bu komandalar arasında III turun oyununda qalib müəyyənləşməyib – 1:1. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.

Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.

Amerika Kuboku

1/4 final

Argentina – Ekvador

Venesuela – Kanada

Uruqvay – Braziliya

Kolumbiya – Panama

Yarımfinalda 1/4 finalın birinci və ikinci, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək.

Bənzər xəbərlər