Braziliyada oğurlanan keçmiş futbolçu azad edildi
Braziliya millisinin və İspaniyanın “Valensiya” klubunun sabiq futbolçusu Marselinyo Karioko sərbəst buraxılıb.
Msport.az “Globo” nəşrinə istinadən xəbər verir ki, o, konsert zamanı qaçırılmış keçmiş oyunçu mülki polis tərəfindən azad edilib.
52 yaşlı keçmiş futbolçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini xəbər verib. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Daha sonra cinayətkarlar onun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər.
Bu işlə əlaqədar 1 nəfər şübhəli bilinərək həbs edilib. Karioko sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.







