featured-image-54018

2026-cı ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları baş tutub.

Msport.az xəbər verir ki, bu gün Cənubi Amerika zonasında üç matç keçirilib.

Yalnız bir matçda qalib müəyyənləşib. Belə ki, Braziliya və Ekvador yığmaları arasında oyun “sambaçılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Rodriqo vurub.

Digər oyunlara gəlincə, Peru – Kolumbiya matçı 1:1, Uruqvay – Paraqvay qarşılaşması isə 0:0 hesabı ilə heç-heçə başa çatıb.

Uruqvayın heyəti də Luis Suares son oyunu keçirib. 37 yaşlı forvard milli karyerasını başa vurub.

Bənzər xəbərlər