featured-image-48900

“Mançester Siti” “Real”ın futbolçusu Rodriqonu heyətinə qatmağı planlaşdırır.

Msport.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kilian Mbappenin transferindən sonra oynamaq şansı tapmayacağını düşünən Rodriqo özü də komandadan getməyi düşünür.

Rodriqo bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 17 qol vurub və 9 asist edib.

2019-cu ildən “kral klubu”nun formasını geyinən braziliyalı “Mançester Siti” ilə iyunda rəsmi müqavilə imzalaya bilər. Tərəflər arasında ilkin razılıq olduğu bildirilir.

Bənzər xəbərlər