featured-image-29309

“Atletiko Mineyro” klubunda çıxış edən braziliyalı futbolçu Halk özünə təyyarə alıb. Msport.az xəbər verir ki, Hawker 400 XP modeli olan təyyarə “Zenit”in sabiq oyunçusuna təxminən 7,4 milyon avroya başa gəlib.

Hawker 400 XP 6 sərnişin üçün nəzərdə tutulub və qısa müddətli uçuşlar üçündür. Halk təyyarəni ailəsi ilə səfərlərə çıxmaq üçün alıb.

Qeyd edək ki, Halk 2021-ci ildən “Atletiko Mineyro”nun formasını geyinir. 36 yaşlı futbolçu bu mövsüm 21 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə verib. O, Braziliya yığmasında 49 oyunda 11 qol vurub.

ANAR 

Bənzər xəbərlər