Braziliyalı futbolçu ABŞ klubundan ayrılır
Braziliyalı futbolçu Duqlas Kosta ABŞ-ın “Los-Anceles Qelaksi” klubundan ayrılmaq qərarına gəlib.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
33 yaşlı vinger azad agent statusu alacaq və təklifləri nəzərdən keçirməyə başlayacaq. Səudiyyə Ərəbistanı klubları Kosta ilə maraqlanır.
Qeyd edək ki, Duqlas Kosta İtaliyada “Yuventus” və Almaniyada “Bavariya” kimi klubların formasını geyinib.