Braziliyalı futbolçu London klubunun gündəmində
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Pol Okif sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, London təmsilçisi “Barselon”da çıxış edən Rafinya ilə maraqlanır.
27 yaşlı braziliyalı oyunçu “Liverpul”un da diqqət mərkəzindədir.