Braziliyalı futbolçu ölkəsinə qayıda bilər
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa karyerasını ölkəsi Braziliyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Flamenqo” 26 yaşlı oyunçunun transferi üçün İngiltərə klubuna müraciət edib.
Klublar arasında danışıqlar davam edir. Braziliya klubunun futbolçu ilə müqavilə imzalamaq istəyi ilə bağlı Paketanın nümayəndələri də məlumatlandırılıb.
Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Assosiasiyası (FA) Braziliya millisinin üzvü Lukas Paquetanı mərclərdən pul qazanmaq üçün oyuna təsir göstərməkdə ittiham etmişdi. O, ötən mövsüm Premyer Liqada 31 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə verib.