Braziliyalı futbolçu “Real”a qayıdır?
“Real” qış fasiləsində “Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemironu qaytarmağı planlaşdırır.
Msport.az xəbər verir ki, Madrid klubu Braziliya millisinin üzvünün gənclərin inkişafına kömək edəcəyini düşünür.
34 yaşlı orta sahə oyunçusu eyni zamanda digər futbolçuların zədələnmələri ilə əlaqədar yarımmüdafiə və müdafiə xəttində alternativ kimi çıxış edə bilər.
Qeyd edək ki, Kasemiro bu mövsüm bütün turnirlərdə 16 oyunda 3 qol vurub. O, 2013-2022-ci illərdə “Real”ın formasını geyinib.