featured-image-21041

Braziliya millisinin müdafiəçisi Dani Alveş Kataloniyada İspaniya polisi tərəfindən cinsi təcavüz ittihamı ilə saxlanılıb.

Msport.az xəbər verir ki, futbolçu məhkəmədə ifadə verməlidir.

Şikayətçinin iddiasına görə, 2022-ci il dünya çempionatında iştirak etdikdən sonra, Barselonada istirahətdə olan Alveş gecə klubunda gənc qadına yaxınlaşıb və onun razılığı olmadan əlini alt paltarının altına salıb. Zərərçəkənin ifadəsinə görə, o, futbolçudan uzaqlaşmağa müvəffəq olanda, dostlarına və gecə klubunun mühafizəsinə məlumat verib və onlar Kataloniya polisinə müraciət ediblər.

Alveş özü gecə klubunda olduğunu təsdiqləsə də, bütün ittihamları rədd edib. “Barselona”nın keçmiş müdafiəçisi bunun ona və yaxınlarına zərər vermək cəhdi olduğunu bildirib.

Hazırda Alveş Meksikanın “Pumas” klubunda forma geyinir.

Bənzər xəbərlər