featured-image-33146

Mövsümün sonunda “Qəbələ”ni “Sabah”a dəyişən Ramon Maçado Malayziya klubundakı debüt oyununda dubl edib.

Msport.az xəbər verir ki, braziliyalı hücumçu “Kuçinq Siti” ilə çempionat matçında fərqlənib.

27 və 90+3-cü dəqiqələrdə rəqib qapısına yol tapan forvard komandasının əzmkar qələbəsində (4:3) yaxından iştirak edib.

Bu barədə təəssüratlarını bölüşən Maçado deyib: “Həyəcanlı idim. Sadəcə, komandama ilk oyunda qalib gəlməyə kömək etmək istəyirdim. Ancaq iki qol vurmaq, üstəlik, onlardan birinə əlavə vaxtda – hesab 3:3 olarkən imza atmaq xüsusi idi. Komandaya tez uyğunlaşdığım üçün şadam və hamı ilə yaxşı yola gedirəm. İndi bütün diqqətimizi şənbə günü “Pahang” ilə növbəti oyuna yönəltmişik, çünki komanda qələbə seriyasını davam etdirmək istəyir”.

Bənzər xəbərlər