Braziliyalı məşhur futbolçu ölkəsinə qayıdır
İngiltərənin “Aston Villa” klubunun futbolçusu Filipe Koutinyo karyerasını ölkəsində davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, “Vasko da Qama”da çıxış edəcək.
32 yaşlı futbolçu Braziliya klubuı ilə müqaviləni razılaşdırıb və “Aston Villa” ilə sözləşmənin tam ləğvini gözləyir. İngiltərə klubu özü futbolçunun komandadan getməsinə icazə verib.
Qeyd edək ki, Koutinyo “Vasko da Qama”nın yetirməsidir. Braziliyalı futbolçu karyerası ərzində “İnter”, “Espanyol”, “Liverpul”, “Barselona” və “Bavariya” kimi klublarda da çıxış edib. Bu illər ərzində yarımmüdafiəçi müxtəlif komandalarla UEFA Çempionlar Liqası və Amerika kubokunda ümumilikdə 11 kubok qazanıb.