Braziliyalı müdafiəçi “Liverpul”un gündəmində
Braziliyanın “San-Paulu” klubunun futbolçusu Lukas Beraldo karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az UOL nəşrinə istinadən xəbər verir ki, “Liverpul” 20 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
Braziliyanın U-20 yığmasının üzvü bu mövsüm klubun heyətində 45 oyuna çıxıb və 1 qol vurub. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayında başa çatmalıdır.







