"Brentford" "Frayburq"un qapıçısını transfet etdi - FOTO
“Brentford” “Frayburq”un qapıçısı Mark Flekkeni transfer edib. Msport.az xəbər verir ki, 29 yaşlı qolkiper tibbi müayinədən keçib və 4 illik müqavilə bağlayıb. O, işçi vizasını aldıqdan sonra “Brentford”a qoşulacaq.
İngiltərə klubu transferi reallaşdırmaq üçün təxminən 13 milyon avro xərcləyib.
Flekken 2022-2023 mövsümündə Almaniya Bundesliqasında 34 oyunun 13-də qapısını toxunulmaz saxlayıb. Bu Almaniya çempionatında ən yaxşı nəticədir.
Qapıçı Niderland millisində 4 oyun keçirib.

ANAR







