“Brentford” tarixinin ən bahalı transferini gerçəkləşdirdi
“Brentford” “Frayburq”dan icarəyə götürdüyü Kevin Şadeni transfer etdiyini açıqlayıb.
Msport.az xəbər verir ki, almaniyalı futbolçuyla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Transfer məbləği 25 milyon avro olub. Bu, “Brentford” tarixinin ən bahalı transferidir.
Qeyd edək ki, Şade son mövsüm ərzində “Brentford” formasıyla 19 oyunda meydana çıxıb və 1 assist edib.
Royal Türksoy







