Brozoviç "Əl-Nəssr"ə keçdi - RƏSMİ
“Əl-Nəssr” “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçi transfer etdiyini açıqlayıb.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi xorvat futbolçuyla 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. “İnter” bu transferdən 18 milyon avro qazanc əldə edib.
“Əl-Nəssr”la müqaviləyə əsasən, Brozoviç hər mövsüm üçün 25 milyon avro (üstəlik bonuslar) alacaq.
Royal Türksoy







