Brunu Fernandeş ərəblərə “yox” deyib
Brunu Fernandeş yay transfer dönəmində Səudiyyə Ərəbistanı klublarından gələn üç təklifi rədd edib.
Msport.az xəbər verir ki, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi “Mançester Yunayted”də qalmağa qərar verib.
Ərəblər gələn ilin yayında da Fernandeşi almağa cəhd edəcəklər.
Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ildən “qırmıızı şeytanlar”da çıxış edir. O, bu müddət ərzində 294 matçda 99 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb.