Brunu Fernandeş Ronalduya çatdı
“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş azarkeşlər tərəfindən mövsümünün ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu səsvermədə Amad Diallo və Harri Maquayrı qabaqlayaraq, Ser Mett Basbi mükafatına sahib çıxıb.
O, cari mövsüm “qırmızı şeytanlar”ın heyətində 54 oyun keçirib, 19 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Fernandeş 1987/88 mövsümündən bəri təqdim edilən mükafatı dördüncü dəfə (əvvəllər 2019/20, 2020/21 və 2023/24 mövsümlərində) qazanıb ki, bu da rekordun təkrarıdır. Daha əvvəl David de Xea və Kriştianu Ronaldu da hərəyə dörd dəfə fərqləniblər.