featured-image-20700

Braziliya milli komandasının hücumçusu Rişarilson dünya çempionatındakı çıxışlarını xatırlayıb.

Msport.az “Record”a istinadən xəbər verir ki, “Tottenhem”in forvardı 1/4 finalda Xorvatiyaya məğlubiyyətlərini şok adlandırıb:

“Bu şok idi, mən bilmirəm… Məncə, bu, ailə üzvünü itirməkdən daha ağır idi. Bu vəziyyətdən çıxmaq çətin oldu. Hətta indi sosial şəbəkələrdə mundial ilə bağlı videolara baxanda məyus oluram. Lakin irəli baxmaq lazımdır. Hələ gəncəm, fikirləşirəm ki, qarşıda bir və ya iki dünya çempionatı məni gözləyir.

Bizim Qətərdə məqsədimiz dünya çempionu olmaq idi. Serbiya yığmasının qapısına gözəl qol vurdum. Amma bu, mənim heç də başlıca məqsədim deyildi. Braziliya mundiala kuboku qazanmağa getmişdi”.

Anar Abdullayev

Bənzər xəbərlər