"Bu, anormaldır" - Ançelotti Çempionlar Liqasının finalından sonra
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının finalındakı qələbəsindən danışıb. Msport.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən həlledici görüşdə Madrid klubu “Borussiya Dortmund”u 2:0 hesabı ilə məğlub edib:
“Bu tamamilə normal görünür, amma bu, anormaldır. 10 il ərzində 6 dəfə Çempionlar Liqasını qazanmaq – bu, nəsə xüsusi bir haldır. Bu gün gördüyünüz kimi bu titulları qazanmaq heç də asan deyil.
“Borussiya” birinci hissədə bizdən yaxşı oynadı. Belə anda sakitliyini qorumalısan. Bu fantastik nəticədir. Çünki onlar yaxşı oynayırdılar, zirvədə olmağı haqq edirdilər. İkinci hissəni biz daha yaxşı oynadıq”.
Xatırladaq ki, “Real” tarixində 15-ci dəfə Çempionlar Liqasını qazanıb.