featured-image-22054

Bu günlərdə “Lids”ə keçən Ueston Makkeni Kriştiano Ronaldo ilə bağlı maraqlı xatirəsini danışıb.

Msport.az xəbər verir ki, ABŞ millisinin üzvü 2021-ci ilə qədər Ronaldo ilə “Yuventus”da birgə çıxış edib:

“Onu massaj edirdilər, mən isə həmin vaxt ordan keçirdim. Baxıb dedim ki, “Aman Allah, sənin ayaqların nə eybəcər görünür”. Ronaldo mənə cavab verdi ki, “Mənim dostum, bu ayaqların milyard avro qiyməti var”. Cavab verdim ki, “Sən haqlısan, hörmət edirəm bu fikrinə”.

Qeyd edək ki, portuqaliyalı ulduz hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda forma geyinir. O, ilinə 200 milyard dollar almaqla dünyanın ən yüksək ödənişli futbolçusu hesab olunur.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər