featured-image-21011

Jurnalistlərin “Harri Keynin klubdakı gələcəyi necə olacaq” sualı “Tottenhem”in baş məşqçisi Antonio Konnteni özündən çıxarıb.

Msport.az “Football London”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu suala cavab vermək istəmədiyini deyib və əsəbləşib:

“Keynin “Tottenhem”dəki gələcəyi? Biz rəhbərliklə mətbuat konfransı təşkil edəndə siz sualınızı verərsiniz. Bu sualı gələcəyə saxlayın və ümid edirəm ki, bir gün soruşa biləcəksiniz. Mən niyə bu suala cavab verməliyəm? Bu bizə qarşı hörmətsizlikdir. Təkrar edirəm, biz sizə həmişə eyni sözü deyirik. 

Niyə bu suala cavab verməliyəm? Siz məni çətin vəziyyətə salmaq istəyirsiniz. Niyə? Nəyə görə? Niyə cavab verməliyəm? İnanın mənə, nəzakətli olmağa çalışıram. Xeyirxah insanam, lakin ümid edirəm ki, məni başa düşürsünüz.  Mən problem istəmirəm”. 

Keynin London klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Son vaxtlar KİV-də İngiltərə millisinin kapitanının komandada qalmamaq istəməməsi haqda xəbərlər dərc olunur.

Bənzər xəbərlər