featured-image-26129

“Bayern Münhen”in yeni baş məşqçisi Tomas Tuhel klubla əməkdaşlığının perspektivləri haqqında danışıb.

Msport.az “As”a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ilin iyununa qədərdir:

“Bu “Çelsi”nin 18 aylıq müqaviləsindən daha yaxşıdır. Müqavilənin müddətindən razıyam, həm də hər şey ondan asılı olacaq ki, iş necə gedir. Klub rəhbərliyi gələcəkdə mənimlə müqavilənin uzadılmasını istəyəcəklərmi.

Bu vəzifədə əsas məqsəd oyunun keyfiyyətidir və mən ümidləri doğrultmağa çalışacam. Əlimdən gələni edəcəm ki, etimadı doğruldum”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər