“Bu, Çempionlar Liqası karyeramda ən yaxşı oyunum idi” - Stefano Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının (ÇL) 1/8 finalında “Tottenhem” üzərində qələbəni dəyərləndirib.
Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, o, bu görüşü karyerasındakı ən yaxşı ÇL matçı kimi xarakterizə edib:
“Oyun çətin keçdi, güclü rəqibə qarşı mübarizə apardıq. Lakin biz yaxşı təsir bağışladıq.
Ehtiyatla davrandıq və düşündüyümüzü uğurla həyata keçirdik. Yaxşı komanda oyunu göstərdik. Təəssüf ki, 2-ci qolu vura bilmədik.
“Tottenhem” güclü idi, qarşıda hələ cavab oyunu da var. İkinci görüş daha vacibdir. Bu oyun özünə inamı artırır.
Bir müddət bizdə eniş yaşandı. Ancaq əminəm ki, yenə öz futbolumuzu göstərə biləcəyik.
Həmişə oyunçularıma inanmışam. Bu Çempionlar Liqası karyeramda ən yaxşı oyunum idi”.
ANAR ABDULLAYEV







