featured-image-62976

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov yığmanın yoldaşlıq oyunu keçirəcəyi Qrenada haqda heç nə bilmədiyini etiraf edib.

Msport.az xəbər verir ki, veteran futbolçu belə bir ölkə tanımadığını bildirib:

“Etiraf etməyə utanıram, amma belə bir ölkə tanımıram. Yəqin ki, adını eşitmişəm, amma Qrenadanın xəritədə harada olduğunu belə bilmirəm. Bu cür rəqiblə oyundan nə gözləmək olar, başa düşmürəm. Düşünürəm ki, böyük hesablı qələbə olacaq. Rusiya millisi 8:0, bəlkə də 10:0 hesabı ilə qalib gələcək”.

Qeyd edək ki, Rusiya yığması martın 19-da Qrenada, 25-də isə Zambiya ilə qarşılaşacaq. Hər iki görüş Moskvadakı “Dinamo” stadionunda baş tutacaq.

 

Bənzər xəbərlər