featured-image-21198

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal”a məğlubiyyətdən (2:3) sonra futbolçularını tənqid edib.

Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu cür vacib görüşlərdə belə səhvləri yolverilməz adlandırıb:

“Müəyyən müddətdən sonra biz başa düşürük ki, vəziyyətimiz yaxşıdır, pis inkişaf etmirik. Lakin mən indi çox əsəbiyəm. Futbolçulara dedim ki, “titul qazanmaq istəyirsinizsə, komandanın psixologiyasını dəyişməliyik”.

Top-oyunlarda bu cür qola gətirib çıxaran 3 ciddi səhvə yol vermək olmaz. Əsas da bu son qola aiddir. Həmin anda oyunu yaxşı hiss etməlisən. Xalı qazanmaq lazımdır, rəqibə belə qol hədiyyəsi vermək yox. Top səviyyədə belə şeylər olmamalıdır. Bu cür yanaşma ilə titul qazanmaq olmaz.

Düşünürəm ki, psixologiya məşqçinin işi sayəsində dəyişir. Biz bunu edə bilərik. Son aylarda oyunçuların psixologiyasının necə dəyişdiyini görmüşük. Lakin bununla yanaşı gördük ki, top səviyyədən hələ çox uzaqdayıq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər